Xəbər lenti
Rusiyada həbsxanalar BAĞLANIR - İLGİNC SƏBƏB
Rusiyanın Krasnoyarsk diyarında məhbusların Ukraynada döyüşlərə cəlb edilməsinə görə bir sıra koloniyalar bağlanacaq.
Bu barədə regional insan haqları üzrə ombudsman Mark Denisov bildirib.
Onun sözlərinə görə, 2023-cü ildə bölgədəki məhbusların sayı əhəmiyyətli dərəcədə azalıb, çünki çox insan müharibədədir. Denisov bu tendensiyanı qorxulu hesab edir.
Areyski və Xromadskda optimallaşdırma məqsədilə penitensiar müəssisələrin bağlanması yerli sakinlərə və regionun iqtisadiyyatına mənfi təsir göstərəcək. Mark Denisov bildirir ki, məskunlaşan ərazilər üçün koloniyalar əslində şəhər yaradan müəssisələrdir.
Ombudsman qeyd edib ki, Ukraynada müharibə gec-tez sona çatacaq:
"Hər şey normala dönəcək, çünki cəmiyyətin sosial strukturu dəyişməyib. 5 ildən sonra qalan koloniyalar həddindən artıq məhdudlaşdırılacaq ki, bu da məhkumların hüquqlarının pozulması deməkdir. Biz regionda yeni cəzaçəkmə müəssisələrini baha qiymətə açmalı olacağıq".
Rusiya Ədliyyə Nazirliyi Krasnoyarsk diyarında IK-7, IK-16 adlı həbsxanaları bağlamağı planlaşdırır. Bundan əlavə, KP-10, İK-31 və İK-5-də koloniya-qəsəbə hissələrinin, İK-5 xəstəxanasının ləğvi haqqında sərəncam layihəsi təsdiq üçün hazırdır. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar