Xəbər lenti
Qırğızıstan sakini iki ölkə arasında gizli tunel qazıb, qaçaqmalçılıq edirmiş

Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin verdiyi açıqlamada Qırğızıstan-Özbəkistan sərhədində qeyri-qanuni immiqrasiya və yük daşımalarının aşkarlanması istiqamətində əməliyyat aparıldığı bildirilib. Qeyd edilib ki, əməliyyat nəticəsində Qırğızıstanın Cəlal-Abad vilayətinin Suzak rayonunun Bek-Abad kəndindəki evdə iki ölkəni birləşdirən gizli tunel aşkarlanıb. Tunelin dərinliyi 15 metr, uzunluğu isə 130 metrdir. Tunelin Qırğızıstan dövlət sərhədinə qədər olan hissəsi 50 metr, hündürlüyü isə 1 metr 70 santimetr müəyyən edilib. Qeyri-qanuni immiqrasiya və yük daşımaları kanalını təşkil edən evin sahibi saxlanılıb.
Hadisə ilə əlaqəsi olan və sözügedən tuneldən istifadə edərək sərhədi qanunsuz keçən şəxslərin, habelə qanunsuz keçirilən malların müəyyən edilməsi istiqamətində işlərin davam etdirildiyi bildirilir.
Qeyd edək ki, Qırğızıstanın cənubundakı Cəlal-Abad, Oş və Batken bölgələri Özbəkistanla ortaq sərhədi paylaşsa da, iki ölkənin kəndlərinin bir-birinə çox yaxın olduğu sərhəd xətlərində vaxtaşırı gizli tunellər aşkar edilir. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar