Xəbər lenti 
					
 
		İki uşaq hərəkət edən maşının baqajından yolun ortasına düşdü -VİDEO

Rusiyada magistral yolda baş verən hadisə görənləri şoka salıb. Hadisə Soçidə qeydə alınıb. İki azyaşlı yolun ortasında maşının baqajından yola düşüb. Bu hadisə avtomobil hərəkətdə olarkən baş verib.
Maşını idarə edən qadın olub. Baqaj qəfildən açılıb, əvvəlcə oradan bir uşaq düşüb, 10 metr sonra isə ikinci uşaq yıxılıb.
Baş verən hadisə isə anbaan arxadakı maşının müşahidə kamerasına düşüb. Xoşbəxtlikdən arxadan gələn maşının sürücüsü avtomobili vaxtında saxlaya bilib və uşaqların köməyinə gəlib. Ana isə iki övladlarını yolda saldığını uzun müddət sonra hiss edib. Ancaq bir müddət sonra o hadisə yerinə qayıdıb.
Hadisə nəticəsində 3 yaşlı qız uşağı travmalarla xəstəxanaya yerləşdirilib, digər uşağın vəziyyəti isə yaxşıdır.
Soçi sakini olan 39 yaşlı qadına qarşı protokol tərtib edilib. Uşaqların nə üçün baqajda olduğu isə açıqlanmayıb.gecce.az
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















