Xəbər lenti
Paşinyan əlində xəritə ölkəni buna görə gəzir
Politoloq Turab Rzayev Paşinyanın son zamanlar əlindən düşməyən Ermənistanın xəritəsinin hansı siyasi mesaj daşıdığını şərh edərkən deyib.
Onun sözlərinə görə, Paşinyanın bu addımı daxili auditoriya üçün hesablanıb:
“Paşinyanın Tavuş bölgəsinə olan səfərində, parlamentdə əlində bu xəritəni tutub, əyani şəkildə göstərməsi ona hesablanıb ki, o, həmin ərazilərin Azərbaycana aid olduğunu demək istəyir. Bu ərazilər qaytarılmalıdır. Artıq bununla bağlı Ermənistan cəmiyyətində müzakirələr gedir. Aydın məsələdir ki, onlar yenə bunun əleyhinədilər, Paşinyanı xəyanətdə ittiham edirlər, kəndlərin qaytarılmasının yaşayış tərzlərinə mənfi təsir edəcəklərini bildirirlər. Lakin Paşinyan faktiki olaraq ortaya qoydu ki, beynəlxalq sərhədlərə görə, bu ərazi Ermənistanın deyil və Azərbaycana məxsusdur. Odur ki, Ermənistan əhalisi də Paşinyanın əlində tutduğu bu xəritə ilə razılaşmalı olacaq. İndi də dörd kənd məsələsini gündəmə gətirib, əhalinin reaksiyasını öyrənir. Paşinyan əhalinin narazı olduğunu bilir və prosesləri yumşaq formada aparmaq istəyir. Anklavlar məsələsini anklav olmayan kəndlərdən ayırıb, ayrıca həll etmək fikrindədir”.
Politoloq qeyd edib ki, anklavların da gündəmə gətiriləcəyi qaçılmazdır, lakin indiki mərhələdə dörd kəndin qaytarılması daha çox müzakirə olunur:
“Anklavlarla bağlı məsələ isə daha uzun müddət müzakirələr və ölkələrarası gərginlik mövzusu olacaq. Paşinyan bu metoddan Qarabağ müharibəsi zamanı da istifadə etmişdi. Açıq şəkildə demişdi ki, Qarabağ bizim ərazi deyil. Beynəlxalq hüquq çərçivəsində Azərbaycan ərazisi kimi tanınır. Əhalini qismən inandıra bildi ki, Qarabağ Ermənistanın deyil. Beynəlxaql hüquq onu qaytarmağı tələb edir. Əlbəttə ki, müxalifət bundan istifadə etməyə çalışacaq, mitinqlər keçirəcək. Amma Paşinyanın hazırda güclü rəqibi yoxdur”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar