Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Rusiya bu ölkələrə hücum edəcək” – Bir-bir adları çəkildi

Tarix: 16-03-2024 19:41     Baxış: 3176 A- / A+

Almaniya kəşfiyyatının təhlilinə görə, Rusiya qarşıdakı 5 ildə hərbi gücünü ikiqat artıra və NATO ölkələrinə hücum edə bilər.
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “Business Insider” yazır.
Almaniya kəşfiyyatının hesabatına istinad olunan məlumatda deyilir ki, Rusiya Qərblə fundamental münaqişəyə hazırlaşır, bunu ordunun strukturunun yenidən qurulması, qoşunların yerdəyişməsi və ölkənin qərbində raketlərin yerləşdirilməsi sübut edir.
Alman kəşfiyyatı bu nəticəyə gəlib ki, Rusiyanın 2026-cı ildən etibarən ən azı bəzi NATO ölkələrinə, məsələn, Litva, Latviya, Estoniya (Baltikyanı region) və ya Finlandiyaya hücum edəcəyini artıq istisna etmək olmaz.
Litva xüsusi xidmət orqanlarının illik hesabatında da Rusiyanın NATO ilə qarşıdurmaya hazırlığından bəhs edilir. Litva kəşfiyyatının fikrincə, Rusiyanın bu addımı Ukraynadakı müharibənin gedişi və nəticələrindən asılı olacaq. Bunda isə Qərbin Ukraynaya silah tədarükü böyük rol oynayır.
Mənbə iddia edir ki, NATO da Rusiya ilə mümkün toqquşmaya hazırlaşır. Nəşr onu da yazır ki, qarşıdurma riskinin artması müharibənin qaçılmaz olması demək deyil, bunu “ikinci soyuq müharibə” kimi də qiymətləndirmək olar

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar