Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyada prezident seçkiləri keçirilir

Tarix: 15-03-2024 09:40     Baxış: 3185 A- / A+

Rusiyada bu gün prezident seçkiləri başlayır.
Manevr.az xəbər verir ki, sabah və bazar günü də davam edəcək seçkidə 112 milyon 309 min qeydə alınmış seçici səs verəcək.
Rusiyanın 2014-cü ildə Ukraynadan ilhaq etdiyi Krımda və 2022-ci ildə işğal etdiyi Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərində də seçkilər keçiriləcək.
Seçkilərdə hazırkı Prezident Vladimir Putinlə yanaşı, Liberal Demokrat Partiyasının sədri Leonid Slutski, Kommunist Partiyasının namizədi Nikolay Xaritonov və Yeni Xalq Partiyası adından Vladislav Davankov mübarizə aparacaq.
24 ildir ölkəni idarə edən 71 yaşlı Putinin seçkilərdə qalib gələcəyi yüksək ehtimal olsa da, bu seçki Ukraynadakı müharibənin və Putinin yürütdüyü siyasətin Rusiya tərəfindən bəyənilib-bəyənilmədiyini göstərəcək.
2018-ci ildə keçirilən prezident seçkilərində və 2020-ci ildə Putinin səlahiyyət müddətini artıran konstitusiya dəyişikliyi referendumunda iştirak nisbəti 67% olub. 
Bu seçkidə fəallığın əvvəlki seçkiləri keçib-keçməyəcəyi maraqla gözlənilir.
Bir müddət əvvəl həbsxanada şübhəli şəkildə dünyasını dəyişən müxalif rusiyalı siyasətçi Aleksey Navalninin həyat yoldaşı Yuliya Navalnaya seçkilərdə Putinə etiraz etməyə çağırıb. Rusiya seçicilərindən günorta saatlarında səs vermələrini istəyib. O, əhalidən Rusiya liderinin əleyhinə səs vermələrini və ya etibarsız səs vermələrini istəyib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar