Xəbər lenti
Türk ordusu sərhəddə: Ərdoğan təlimat verdi - “Birdəfəlik bitirəcəyik"

Türkiyə Müdafiə Nazirliyindən verilən açıqlamada Şimali İraqda baş tutan əməliyyatların bu ölkənin təhlükəsizlik qurumları ilə koordinasiyada keçirildiyi bildirilib.
Toplantıda Türkiyənin 2-ci Ordu komandanı general-leytenant Metin Tokel və onu müşayiət edən nümayəndə heyəti iştirak edib.
“Pəncə-Kilid” əməliyyatı zonasında keçirilən görüşdə İraq-Türkiyə sərhədin təhlükəsizliyi və İraq vətəndaşlarının təhlükəsizliyinin artırılması istiqamətində görüləcək tədbirlər də müzakirə olunub.
Toplantıdan əvvəl – dünən müdafiə naziri Yaşar Gülər, xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Ankarada bir araya gəlmişdi.
Prezident Rəcəb Tayyib Ərdoğan martın 4-də Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada sərhəd əməliyyatı mesajını vermişdi:
“İraqla sərhədlərimizi təmin edəcək dairəni tamamlamaq üzrəyik. Bu yay İraqla sərhədlərimizlə bağlı məsələni birdəfəlik həll etmiş olacağıq”.
Türkiyə Silahlı Qüvvələrinin bölgədə quru əməliyyatlarına başlayacağı uzun müddətdir müzakirə mövzusudur. teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar