Xəbər lenti
Putin Ermənistana gəlsə, həbs ediləcək? – İrəvan cavab verdi

Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, sual jurnalistlər tərəfindən Ermənistan parlamentinin Regional və Avrasiya İnteqrasiya Komitəsi sədrinin müavini Vaqarşak Akopyana ünvanlanıb.
Hakim komandanın üzvü bu çərçivədə ünvanlanan “Vladimir Putin Roma Statutunu ratifikasiya edən Ermənistana gələcək, ya gəlməyə cəsarət etməyəcək” sualına belə cavab verib:
“Bu suala rəsmi mənbələrimiz dəfələrlə toxunub. Sizi əmin edirəm ki, Ermənistan bütün öhdəliklərini yerinə yetirəcək. Bu öhdəliklər nəticəsində Ermənistana səfər olacaq, yoxsa topantı başqa ölkədə baş tutacaq, bu başqa məsələdir. Ermənistan və ya başqa ölkəyə getməsi ilə bağlı konsensus olanda həmin addım baş tutacaq. Bütün kritik məsələlər tərəfdaşlarla müzakirə olunur”.
Beləliklə, Akopyan suala birbaşa cavab verməkdən yayınıb.
Roma Statutunu ratfikasiya edən Ermənistan fevralın 1-dən rəsmən Beynəlxalq Cinayətlər Məhkəməsinin (BCM) üzvü olub. BCM ötən ilin martında Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib. Beynəlxalq məhkəmənin üzvləri ölkələrinə səfər edəcəyi təqdirdə qərarı yerinə yetirmək məsuliyyəti daşıyırlar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar