Sizin Reklam Burada
Xəbər lenti
08-09-2025
07-09-2025
BÜTÜN XƏBƏRLƏR

Hindistanda Rusiya ordusuna qanunsuz yolla adam yığan şəbəkə AŞKARLANDI

Tarix: 08-03-2024 21:16     Baxış: 3189 A- / A+
Hindistanda gənc hindliləri Ukraynadakı müharibədə vuruşmağa məcbur etmək üçün iş vədi ilə Rusiyaya aparan nəhəng insan alveri şəbəkəsi üzə çıxıb.

“Reuters”in məlumatına görə, Hindistanın Mərkəzi Təhqiqat Bürosu (CBI) ölkənin bir neçə ştatında fəaliyyət göstərən insan alverçilərinin yerli agentlər vasitəsilə sosial media platformalarından istifadə edən insanları hədəf aldığını bildirib.

Bəzi kişilərə Rusiyadakı “şübhəli özəl universitetlərə” qəbul olunmaq və “pulsuz və güzəştli vizanın uzadılması” təklif edilib:

“İnsan alverinin qurbanı olmuş Hindistan vətəndaşları döyüş vəzifələri üçün təlim keçiblər və onların istəklərinə zidd olaraq Rusiya-Ukrayna müharibəsi zonasında qabaqcıl bazalarda yerləşdiriliblər".

Büronun məlumatına əsasən qurbanlardan bəziləri döyüş sonasında "ağır yaralanıb".
İndiyədək bu sxem çərçivəsində təxminən 35 nəfər Rusiyaya göndərilib. Bu arada, ailələrin verdiyi məlumata görə, Rusiyaya orduda “köməkçi” işləmək ümidi ilə getmiş ən azı iki nəfər müharibə zamanı cəbhədə həlak olub. Hindistanın Rusiyadakı səfirliyi bu ölümlərdən birini təsdiqləyib.

Bildirilib ki, hazırda Hindistan Ukraynada cəbhə xəttində Rusiya ordusunun tərkibində olmuş 20-yə yaxın vətəndaşını geri qaytarmağa çalışır.

Onların ailələri bildiriblər ki, kişilər saxta bəhanələrlə müharibəyə cəlb olunublar.
Bundan əvvəl Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caiswal Rusiya hakimiyyətini Rusiya ordusunda köməkçi heyət kimi çalışan hindliləri “erkən azad etməyə” çağırıb. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar