Xəbər lenti
Natəvanın heykəli Parisə aparıldı - ŞƏKİL
Xurşidbanu Natəvanın Fransanın Evian lö Bən şəhərindəki heykəlinin Parisə gətirilməsi və Səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin bağında ucaldılması ilə bağlı işlər davam etdirilir.
Manevr.az milli.az-a istinadla xəbər verir ki, 4 martda heykəl Evian şəhərindən götürüb, 6 martda Mədəniyyət Mərkəzinə çatdırılıb.
Heykəli götürərkən üzərindəki örtük açılmış və müəyyən olunmuşdur ki, üzərinə qırmızı boya atılmaqla yanaşı (heykəlin gözləri, adının və Azərbaycan yazısının yazıldığı hissələrinə qırmızı boya çəkilib), onun özünə də zərər verilib (heykəlin burnu və barmaqları qırılıb).
Qeyd edək ki, Fransanın son zamanlar kəskin şəkildə güclənən anti-Azərbaycan siyasəti indi mədəniyyət və incəsənət sahəsinə də keçib. Fransa hazırda Cənubi Qafqazda yeni gərginliyin yaranmasının səbəbkarı, növbəti qarşıdurmanın və hətta mümkün hərbi əməliyyatın təkanverici qüvvəsi, konfrontasiyanın müəllifidir.
Fransa indiyədək ATƏT-in Minsk qrupunun həmsədri olaraq münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə çalışmalı idi. Amma ötən müddət ərzində bunun tam əksi müşahidə olunub. Fransa işğalçı Ermənistanı, onun işğalçı siyasətini dəstəkləyib.
Tarixi hərbi cinayətlərlə, qanlı əməllərlə dolu olan Fransa özünün müstəmləkəçilik siyasətindən bu gün də əl çəkmək istəmir. Dünyanın müxtəlif regionlarında 50-dən artıq dövlətin ərazisini işğal edərək, sərvətlərini talayan, xalqlarını uzun illər əsarətdə saxlayan Fransanın törətdiyi insanlıq və bəşəriyyət əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bu ölkənin utancı olmaqla yanaşı, bəşər tarixinin də qara səhifələridir. Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirib.
Yeni Kaledoniya və Mayot adası ilə bağlı detallara keçməzdən əvvəl qeyd edək ki, Fransanın ən qəddar müstəmləkə siyasətini həyata keçirdiyi ölkələrdən biri məhz Əlcəzair olub. Bu ölkədə 1,5 milyon nəfər fransızlar tərəfindən qətlə yetirilib, 100 minlərlə insan yaralanıb. Məlumata görə, Fransa hökuməti Əlcəzair xalq hərəkatını yatırmaq üçün bu ölkəyə 500 min nəfərdən ibarət nəhəng ordu göndərib. İşğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdıran Fransa həmin minaların xəritələrini Əlcəzair tərəfinə verməkdən bu günədək imtina edir. Nəticədə Azərbaycan kimi Əlcəzair də dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasında ön yerlərdən birini tutur. Ruandada Fransanın birbaşa təhriki ilə 6 aprel 1994-cü ildə həyata keçirilən soyqırım nəticəsində 800 min insan həlak olub.
Fransa işğal etdiyi Cibuti, Nigeriya və Çadda eyni qanlı əməlləri törədib. Tarixə "elm adamlarının soyqırımı" kimi həkk olunan hadisəni də fransızlar törədiblər. Təkcə 1917-ci ildə Çadda dini həyatı yenidən nizamlamaq adı altında konfrans təşkil edərək tədbirə qatılan 400-ə yaxın müsəlman elm adamının hamısını fransızlar güllələyib.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar