Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiya-Almaniya müharibəsi başlayır? - Almaniyadan Rusiyanın iddialarına cavab

Tarix: 04-03-2024 11:05     Baxış: 4173 A- / A+
Almaniyanın müdafiə naziri Pistorius, cümə günü Rusiya mətbuatında dərc olunan Ukraynaya silah göndərilməsi ilə bağlı alman rəsmiləri arasında keçirilən görüşün qeydləri ilə bağlı verdiyi açıqlamada, "Bu səs yazısı sabitliyi pozmaq və bizi narahat etmək üçün istifadə olunur" - deyə bildirdi.

Rusiya mətbuatının Ukraynaya silah göndərilməsi ilə bağlı Almaniyanın yüksək rütbəli hərbi rəsmiləri arasında cümə günü görüşün qeydlərini dərc etməsindən sonra Almaniyadan yeni açıqlama gəlib.
Manevr.az xarici KİV-ə istinadən bildirir ki, Almaniya müdafiə naziri Boris Pistorius açıqlamasında "Bu səs yazısı sabitliyi pozmaq və bizi narahat etmək üçün istifadə olunur" deyən Putinin müvəffəqiyyət qazanmayacağına ümid etdiyini bildirib. Yayımlanan qeydlərin Putinin apardığı kəşfiyyat müharibəsinin bir parçası olduğunu bildirən Pistorius, orduda başqa heç bir sızıntıdan xəbəri olmadığını ifadə etdi. Pistorius əlavə edib ki, insidentlə bağlı istənilən qərarın verilməsi üçün hərbi araşdırmanın nəticəsini gözləyəcək.

Digər tərəfdən, Rusiya Xarici İşlər Nazirliyinin sosial mediada verdiyi açıqlamada “Almaniyadan açıqlama gözləyirik” ifadəsi işlədilib.
Qeyd edək ki, Rusiya mətbuatı Ukraynaya silah göndərilməsi ilə bağlı Almaniyanın yüksək rütbəli hərbçiləri arasında keçirilən görüşün səs yazılarını dərc edib. Almaniya Müdafiə Nazirliyinin bu gün verdiyi açıqlamada genişmiqyaslı araşdırmaya başlanıldığı və bütün lazımi addımların atıldığı açıqlanıb. Hadisədən sonra Almaniya kansleri Olaf Şolz səs yazılarının sızmasının "çox ciddi" bir məsələ olduğunu bildirib və "Bu məsələ indi çox diqqətlə, çox intensiv və çox sürətlə aydınlaşdırılır" deyib.

Sevda

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar