Xəbər lenti
Qəzzada körpələr aclıqdan ölür

Manevr.az xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Yaxın Şərq və Şimali Afrika Regional direktoru Adele Khodr, İsrailin blokadası altında olan Qəzzada az qidalanan körpələrin ölümü ilə bağlı yazılı açıqlama verib.
Açıqlamada, qida çatışmazlığının Qəzza zolağını viran qoyduğu və qorxulu uşaq ölümlərinin baş verdiyi diqqətə çatdırılıb, ölkənin şimalındakı Kemal Advan Xəstəxanasında qida çatışmazlığı və susuzluqdan ən az 10 uşağın həyatını itirdiyi vurğulanıb.
UNICEF və Ümumdünya Ərzaq Proqramının (WFP) yanvar ayında Qəzzanın şimalında apardığı qida çatışmazlığı sorğusuna əsasən, 2 yaşdan kiçik uşaqların yüzdə 16-nın, cənubdakı Rəfah şəhərində isə 5 faizinin ağır qidalanmadan əziyyət çəkdiyi bildirilir.
Bəyanatda, UNİCEF kimi humanitar təşkilatlara Qəzzada humanitar böhranı aradan qaldırmaq, aclığın qarşısını almaq və uşaqların həyatını xilas etmək üçün imkanların təmin edilməsi istənilib və şimal hissəsi də daxil olmaqla, yardıma çatmamağa çağırılıb.
Bəyanatda həmçinin, “Qəzzada qidasız körpələr yavaş-yavaş dünyanın gözü qarşısında ölür" ifadələrdən istifadə olunub.
Nigar
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar