Xəbər lenti
Paşinyan son qərarını verdi – Rusiya ilə yollar rəsmən ayrılır
Manevr.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.
Ermənistan parlamentinin sədri Alen Simonyan dünən bildirib ki, İrəvan AB üzvlüyünə namizəd olmağa və ölkənin maksimum təhlükəsizliyini təmin edəcək istiqamətdə irəliləməyə hazırdır.
“Past”ın yazdığına görə, bu açıqlama baxış bucağından daha çox anons xarakteri daşıyır:
“Rəsmi mənbələrimizin məlumatına görə, Baş nazir Nikol Paşinyan qərarını partiya elitasına çatdırıb, yaxın günlərdə, ən uzağı bir ay ərzində Ermənistanın AB üzvlüyünə namizəd olması üçün ərizə təqdim ediləcək.
Mənbəmiz deyir ki, hakim partiyanın deputatları arasında qərara etirazlar da olub, onlar bu addımın mümkün təhlükələrini vurğulayıblar. Nikol Paşinyan isə qeyd edib ki, bu olacaq, Rusiyadan heç bir ümid və ya gözlənti yoxdur, Qərb təhlükəsizlik zəmanəti verə bilər.
Həmsöhbətimizin sözlərinə görə, Paşinyan deputatlara “gedin, düşünün, qərar verin” çağırışını edib. Hakim partiyada etirazçılar azlıqdadır, çoxluq isə Paşinyanın istənilən qərarını təsdiqləməyə hazırdır”.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar