Xəbər lenti
Professordan qorxunc Türkiyə proqnozu: 1794-cü ildəki olay təkrarlana bilər
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu zəlzələ üzrə mütəxəssis professor Naci Görür deyib.
Professorun sözlərinə görə, allüvial yerlərdə heç bir şans yoxdur:
"Zəlzələ zamanı çöküntülərdəki suyun təzyiqi yuxarı doğru ötürülür. Çünki allüviallar suyu özündə saxlayır. Yuxarı doğru ötürdükdə isə evlərin silkələnmələrə müqaviməti azalır. Binalar suyun içindəymiş kimi ya fırlanır, ya da batmağa başlayırlar. Axı, hər zəlzələdə 80-90 min insanı itirə bilmərik. Bu, bizə yaraşmır.
Hər gün Türkiyənin istənilən yerində 7 baldan yuxarı zəlzələ ola bilər. Belə silkələnmələr böyük fəlakətlərə səbəb olur. Can və mal itkilərimiz artır.
Türkiyədə 5 baldan yuxarı zəlzələlər niyə ölümə səbəb olur? Bunu izah etməyə çalışıb, məsələni həll etməliyik. Ölkənin cənub-şərqində olan zələzlələdə 100 milyon tondan çox dağıntı baş verdi, ətraf mühit məhv oldu. İstanbulda 350 milyon ton dağıntı olarsa, onu necə təkrar əvvəlki formasına qaytaracaqsınız? Anidən zəlzələ baş versə, kimsə nə olacağını bilmir".
Görür hesab edir ki, Tunceli, Pülümür və Bingöl bölgələri təhlükə altındadır:
"Şimali Anadolu qırılma xəttinin bir hissəsi Ərzincan ilə Bingöl, Karlıova arasından keçir. Qırılma sonuncu dəfə 1794-cü ildə qeydə alınıb. O zaman 7,2 bal gücündə zəlzələ olmuşdu. Orta hesabla hər 250 ildən bir zəlzələ baş verir, buna görə də narahatıq. Fevral zəlzələsi Adanaya daxil olan xətləri sıxmış ola bilər. O bölgələrdə diqqətli olmaq lazımdır".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar