Sizin Reklam Burada
Xəbər lenti
08-09-2025
07-09-2025
BÜTÜN XƏBƏRLƏR

Qırğızıstanda ölünün yandırılmasına icazə verildi

Tarix: 29-02-2024 21:18     Baxış: 4187 A- / A+
Qırğızıstanın şəhərlərində dövlət krematoriyaları tikiləcək.

Bu barədə Joqorku Keneşin (dövlət qanunverici orqanı - red.) deputatı Marlen Mamatəliyev məlumat verib.

O, krematoriyalarla bağlı bəndin bu yaxınlarda qəbul edilmiş “Dəfn və dəfn işləri haqqında” Qanunda olduğunu bildirib.

“Bizdə elə insanlar var ki, öldükdən sonra yandırılmağını istəyirlər. Yeni qanun krematoriyaların tikilməsini nəzərdə tutur. Onlarda təkcə insanların cəsədlərini deyil, bəzi xəstəlikləri olan ölü heyvanları da yandıracaqlar”, - deyə deputat əlavə edib.

Onun sözlərinə görə, krematoriyalar dövlət hesabına və yalnız şəhərlərdə tikiləcək, lakin hələlik dəqiq sayı məlum deyil.

“Altı ay ərzində əlavə hüquqi akt və qaydalar qəbul ediləcək. Şəxsin yandırılması proseduru müəyyən yoxlamadan keçir. Krematoriyaların işinə dövlət qurumları nəzarət edəcək”, - Mamatəliyev qeyd edib. oxu.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar