Xəbər lenti
“Biz Rusiyanın qulu idik, artıq qul olmaq istəmirik!” - Erməni deputat

“Belarus prezidenti Aleksandr Lukaşenko qul statusunda yaşayır, amma biz bu statusda yaşamaq istəmirik”.
Manevr.az xəbər verir ki, bunu fevralın 26-da jurnalistlərlə söhbətində hakim “Mülki müqavilə” partiyasından olan deputat Qaqik Melkonyan Ermənistanın KTMT-yə üzvlüyünün dondurulması prosesinə Lukaşenkonun reaksiyasına münasibət bildirərkən deyib.
“Lukaşenko çox şey dedi. Amma onun əsas leytmotivi bu idi - Ermənistan hara qaçacaq? Lukaşenko qul statusunda yaşayır, biz usə bu statusda yaşamaq istəmirik. Biz müstəqil ölkə olmaq istəyirik ki, kiminlə istəsək, görüşüb müqavilələr imzalaya bilək”, - deyə Melkonyan bildirib.
Deputat “Ermənistanın bundan əvvəl müstəqil deyildimi” sualına belə cavab verib: “Xeyr, biz Rusiya Federasiyasının qulu idik, çünki bizə hər şeyi diktə edən Moskva idi - kiminlə görüşməliyik, kiminlə ünsiyyətdə olmamalıyıq, kiminlə əlaqə saxlamalıyıq, kim ölkəmizdə prezident olmalıdır...”.
Ermənistanın niyə KTMT-dən çıxmadığını soruşduqda deputat deyib: “Vaxtı gələndə hər şeyi edəcəyik.modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































