Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ukrayna: Biz tezliklə Rusiyaya havada asimmetrik cavab verəcəyik

Tarix: 24-02-2024 18:05     Baxış: 3121 A- / A+

Yaxın vaxtlarda havada Rusiyaya asimmetrik cavab verəcəyik. Yanan Rusiya təyyarələrinin  sayı daha da artacaq"
Manevr.az yerli mediyaya istinadən xəbər verir ki, bunu Ukrayna Baş Qərargah rəisi Oleksandr Sırski deyib.
Sirskiy sosial media hesabından verdiyi açıqlamada Rusiya-Ukrayna müharibəsinin ikinci ili olduğuna diqqət çəkərək, bunun İkinci Dünya Müharibəsindən sonra Avropanın ən böyük müharibəsi olduğunu qeyd edib.

Ukraynanın müharibəyə müqavimət göstərdiyini bildirən Sirski, silah və evakuasiya arasında silahı seçdiklərini, paytaxt Kiyevi və İlan adasını azad etdiklərini xatırladıb.

O Xarkov hücumunun daha sonra həyata keçirildiyini və Xersonun azad edildiyini bildirib.
"Ukrayna da əks-hücuma cəhd etdi, lakin təəssüf ki, obyektiv şərtlər üzündən istənilən nəticə əldə edilə bilmədi. Bu gün də bütün cəbhə boyu düşmənə qarşı mübarizəmizi davam etdiririk",- Sirski deyib

Sirski Rusiyanın hücumlarını dəf etməyə davam edən bütün ukraynalı əsgərlərə təşəkkür edib, həmçinin hərbi dəstək verən beynəlxalq tərəfdaşlara minnətdar olduğunu qeyd edib.

Tezliklə havada Rusiyaya asimmetrik cavab verəcəklərini bildirən Sirski, "Yanan Rusiya təyyarələrinin sayı daha da artacaq. Dövlət rəhbərliyi bunun üçün əlindən gələni edir" deyib.

Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk sosial media hesabında etdiyi paylaşımda dünən Rusiyanın “A-50” tipli uzaqmənzilli radar aşkarlayan təyyarəsini vurduqlarını açıqlayıb.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar