Xəbər lenti
Stoltenberq:“Ukraynanın NATO-ya qəbulu “əgər” yox, “nə vaxt” məsələsidir

Ukrayna indi NATO-ya əvvəlkindən daha yaxındır.
Manevr.az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq telemarafonda ukraynalılara müraciəti zamanı deyib.
“Prezident Putin bu müharibəyə ona görə başladı ki, o, NATO-nun qapılarını bağlamaq və Ukraynanın öz yolunu seçmək hüququnu əlindən almaq istəyirdi. Lakin o, tam əksini əldə etdi. Ukrayna indi NATO-ya əvvəlkindən daha yaxındır. Ukrayna NATO-ya üzv olacaq, söhbət “əgər” yox, “nə vaxt” məsələsidir”, - Stoltenberq bildirib.
Baş katib vurğulayıb ki, NATO “sizin və bizim təhlükəsizliyimiz” naminə Ukraynanı dəstəkləməyə davam edəcək.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar