Ermənistan Fransadan silah almağa davam edəcək.
Manevr.az apa-ya istinadən bildirir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan İrəvanda səfərdə olan fransalı həmkarı Sebastyan Lekornu ilə görüşdən sonra birgə mətbuat konfransında çıxışı zamanı bildirib.
Papikyan qeyd edib ki, "İrəvanla Bakı arasında sülh müqaviləsi imzalandıqdan sonra regionda təhlükəsizliyin təmin edilməsinin səviyyəsindən asılı olmayaraq, Ermənistan Fransadan silah almağa davam edəcək".Erməni nazir onu da vurğulayıb ki, ölkəsi ilə Fransa arasındakı hərbi əməkdaşlıq silahlı qüvvələrin demək olar ki, bütün sahələrini əhatə edir:
"Müdafiə sahəsində islahatlar istiqamətində, hərbi təhsil sahəsində dəstək, birgə təlimlər və əlbəttə ki, silahlı qüvvələrin və müdafiə vasitələrinin müasirləşdirilməsi üçün hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi prosesini xüsusilə vurğulamaq lazımdır", - Papikyan əlavə edib.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar