Bu gün Fransa Ermənistana yeni silah partiyası göndərəcək.
Manevr.az apa-ya istinadən bildirir ki, bu barədə Fransanın "Le Figaro" nəşri yazıb.
Nəşrin yazdığına görə, Fransanın Ground Master (GM200) radarları və gecəgörmə cihazları Ermənistana gətiriləcək.
Xatırladaq ki, ötən ilin oktyabr ayında iki ölkə hava hücumundan müdafiə sənayesi sahəsində anlaşma memorandumu imzalayıb. Memorandumda 3 ədəd Ground Master radarının, həmçinin gecəgörmə cihazlarının alınması üçün müqavilələr əlavə edilib.
Həmin radarlar 250 km radiusda hava obyektlərinin tanınmasına imkan verir.
Anlaşmaya əsasən, Fransa Silahlı Qüvvələri üç mərhələdə Ermənistan Silahlı Qüvvələri üçün dağ şəraitində döyüş kursları keçirəcək.
Xəbər lenti
Bu gün Fransa Ermənistana yeni silah partiyası göndərəcək

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar