Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Əliyev danışığa gedirsə, deməli... - Xaçatryan

Tarix: 20-02-2024 08:20     Baxış: 3276 A- / A+


Bu, 2018-2020-ci illərdə Paşinyanla Əliyev arasında gizli və ya elan edilməyən danışıqlar zamanı Azərbaycanın görüş açıqladığı və bundan sonra Ermənistan tərəfinin bu faktı etiraf etmək məcburiyyətində qaldığı nümunədir.

Bu sözləri müxalif “Ermənistan” blokundan olan deputat Artur Xaçatryan Ermənistan və Azərbaycan rəhbərlərinin Münhen görüşü haqda deyib.

“Bu, Minsk Qrupu çərçivəsində danışıqların uğursuzluğuna və müharibəyə gətirib çıxardı. Eyni şeyin təkrarının nə ilə nəticələnəcəyini bu gün demək çox çətindir. Biz görürük ki, danışıqlar formatında dəyişiklik var, əlbəttə ki, danışıqlar gedirsə. Ermənistan tərəfi Rusiyanın təklifindən yararlanmaqdan imtina edir, Qərbdən istədiyini alan Azərbaycan isə Qərb platformasına getməkdən imtina edir.

Birləşmiş Ştatlar elan edir ki, bu, Ermənistan-Azərbaycan əlaqələrini təşviq edir, başqa sözlə, bu o deməkdir ki, onlar prosesdən “əllərini yuyub” deyirlər: get, nə istəyirsən et, biz vasitəçi və ya zamin deyilik. O ki qaldı Almaniya, Almaniya və Türkiyə sıx əməkdaşlıq edir və bunun Ermənistana nə verə biləcəyini bilmirəm”, - deyə Xaçatryan bildirib.

Onun sözlərinə görə, Ermənistan baş nazirindən fərqli olaraq, Əliyev bütün platformalarda istədiyini ala bilir, Paşinyan isə hər yerdə uduzur. axar.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar