Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Netanyahu: “HƏMAS-la razılaşma yalnız bu yolla bağlana bilər”

Tarix: 19-02-2024 20:24     Baxış: 4380 A- / A+

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Qəzza zolağında qalan girovların azad edilməsinə dair HƏMAS-la razılaşma yalnız gücdən istifadə etməklə bağlana bilər.
Manevr.az oxu.az-a istinadən bildirir ki, "Girovların azad edilməsinə qəti hərbi əməliyyatlar və çox sərt danışıqlar yolu ilə nail olmaq olar. Bu mövqeyə təzyiqlər də daxil olmalıdır", - deyə baş nazir Qüdsdə ABŞ-nin ən böyük yəhudi təşkilatlarının rəhbərləri ilə şam yeməyində bildirib.
Eyni zamanda, Netanyahu qeyd edib ki, təzyiq təkcə Fələstin qrupuna deyil, həm də Qətərdən başlayaraq HƏMAS-a təzyiq göstərə bilənlərə də göstərilməlidir.
"Qətər HƏMAS-a təzyiq göstərə biləcək ən yaxşı dövlətdir. Onlar HƏMAS-ın liderlərini qəbul edirlər, HƏMAS maliyyə cəhətdən onlardan asılıdır", - deyə o əlavə edib.
Qeyd olunub ki, dövlət başçısının bəyanatı girovların azad edilməsi üçün danışıqların dalana dirəndiyi şəraitdə edilib. HƏMAS daimi atəşkəs və İsrail ordusunun Qəzzadan tamamilə çıxarılmasında israrlıdır, İsrail isə buna qəti şəkildə qarşıdır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar