Ermənistan ordusunda kadr dəyişikləri aparılıb.
Manevr.az apa-ya istinadən bildirir ki, Ermənistan prezidenti Vaahn Xaçaturyanın müvafiq fərmanları ilə general-mayor Artak Budayqan Ermənistan-Rusiya birləşmiş qoşun qruplaşmasının rəhbəri təyin olunub.
Hərbi Akademiyanın rəisi, polkovnik Artur Eroyan Baş Qərargah rəisinin müavini təyin edilib.
General-leytenant Kamo Koçunts isə Baş Qərargah rəisinin birinci müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, son günlər Ermənistan tərəfinin təxribatlara əl atması səbəbindən şərti sərhəddə vəziyyət gərginləşib. Ermənistan tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bir əsgəri yaralanıb.
Dövlət Sərhəd Xidmətinin buna cavab olaraq apardığı "Qisas" əməliyyatı nəticəsində Ermənistan ordusunun dörd hərbçisi məhv edilib, biri yaralanıb.
Xəbər lenti
Ermənistan Baş Qərargah rəisinin birinci müavini işdən çıxarıldı

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar