Xəbər lenti
Kanadada yeniyetmə “ölüm şüası” yaradıb və onun effektivliyini sübut edib
Kanadada 12 yaşlı yeniyetmə qədim yunan alimi Arximed tərəfindən icad edildiyi iddia olunan “ölüm şüası”nı yarada bilib.
Qeyd olunur ki, məktəbli Arximedin güzgülərini yaradıb ərsəyə gətirməyə çalışıb. Rəvayətə görə, onlardan eramızdan əvvəl 213-cü ildə Sirakuzun müdafiəsində istifadə olunub. Sirakuz körfəzi boyunca quraşdırılmış güzgülərdən istifadə edərək, Arximed şüaları düşmən gəmilərinə yönəldərək, onları yandırıb. Hazırda belə bir cihazın mövcudluğuna dair dəqiq sübut yoxdur.
Yeniyetmə stolüstü lampalar və güzgülərdən istifadə edərək bu ixtiranın daha kiçik bir nüsxəsini qura bilib. Təcrübəsində o, yüz vatlıq lampa və dörd güzgüdən istifadə edib. O, belə qənaətə gəlib ki, konsepsiya işləyir və qurğunun özü də döyüşdə istifadə oluna bilər.
Eksperimentinə görə yeniyetmə “Matthews Hall” illik elm sərgisinin qızıl medalına layiq görülüb. O, həmçinin Temza vadisində fizika elmləri üzrə elm sərgisinin medalı və London İctimai Kitabxanasının mükafatını alıb. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar