Xəbər lenti
Hava limanında mumiyalanmış meymun qalıqları tapıldı

Massaçusets ştatının Boston şəhərindəki Loqan Beynəlxalq Hava Limanında adi yoxlamalar zamanı gömrük əməkdaşları Konqo Demokratik Respublikasından (DRC) ABŞ-a gedən sərnişinin baqajında meymun qalıqları aşkar ediblər.
Manevr.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Gömrük və Sərhəd Mühafizəsi tərəfindən dünən verilən açıqlamada, xüsusi təlim keçmiş K9 iti Buddey sayəsində yanvarın 8-də baş verən hadisədə 4 meymunun qalıqlarının tapıldığı bildirilib.
Səlahiyyətlilər, şəxsiyyətini açıqlamadıqları sərnişinin DRC-yə getdikdən sonra Parisdə birləşdirici reysi ilə ABŞ-a qayıtdığını bildirib.
Bildirilib ki, sərnişin çamadanında qurudulmuş balıq olduğunu deyib, lakin sonradan aparılan müayinələr nəticəsində ümumi çəkisi 4 kiloqram olan meymun cəsədi aşkar edilib.
ABŞ Gömrük və Sərhəd Mühafizəsinin sözçüsü Rayan Bissette bildirib ki, sərnişin daha sonra meymunları yemək üçün özü ilə apardığını deyib.
Bissette vəhşi heyvan ətinin Ebola kimi epidemik xəstəliklərə səbəb ola biləcəyi üçün ölkəyə girişinin qadağan edildiyini xatırladaraq, meymun cəsədlərinin ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri tərəfindən məhv ediləcəyini bildirib.
Qurum rəsmisi bildirib ki, sərnişinlə bağlı heç bir hüquqi tədbir başlanmayıb.
Nigar
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar