Xəbər lenti
Dünya rekordçusu atlet Kelvin Kiptum yol qəzasında dünyasını dəyişdi

Manevr.az xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı Kiptumun ölüm xəbərini ölkənin keçmiş baş naziri Raila Odinqa verib.
Odinqa sosial media hesabındakı paylaşımında "Keniya bir ləl-cəvahirat itirdi. Deməyə söz tapa bilmirəm" deyib.
Kiptum və onun məşqçisi Gervais Hakizimana da eyni qəzada dünyasını dəyişib. Keniyanın Eldoret şəhərində iki nəfərin qəzaya uğradığı öyrənilib.
Kiptumun ötən ilin oktyabrında Çikaqo marafonunda qırdığı 2:00:35 dünya rekordu bir neçə gün əvvəl World Athletics tərəfindən təsdiqlənib. Bütün zamanların ən yaxşı marafonçusu sayılan keniyalı Eliud Kipchoge-nin rekordunu qıran Kiptumun Kipchoge-nin davamçısı olduğuna inanılırdı və marafonu 2 saatdan az müddətdə qaça bilərdi.
Kiptum 2023-cü ildə London marafonunun da qalibi olub.
Nigar
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar