Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanla 3-cü müharibədən qorxmağım... - Paşinyan

Tarix: 12-02-2024 09:16     Baxış: 385 A- / A+
Regional sabitliyin pozulmasına və bu istiqamətdə atılan addımlara gəlincə, bu, təbii ki, hər bir sağlam düşüncəli insanda narahatlıq yaradır.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Britaniyanın “Teleqraf” nəşrinə müsahibəsində Ermənistanla Azərbaycan arasında üçüncü müharibənin başlaya biləcəyindən qorxub-qorxmadığı ilə bağlı sualı cavablandırarkən deyib.

“Qorxu - yanlış sözdür, çünki Ermənistan demokratik, inkişaf edən dövlətdir və Ermənistan, artıq qeyd etdiyim kimi, davamlılığını artırmaq üçün genişmiqyaslı islahatlar həyata keçirir və yeri gəlmişkən, son illərdə düşünürəm ki, beynəlxalq ictimaiyyət də, bizim cəmiyyət də gördü ki, ölkəmizin dayanıqlılığı xeyli artıb. Biz Ermənistanın inkişafına və davamlılığının artırılmasına yönəlmiş islahatlar yolunu davam etdiririk. Regional sabitliyin pozulmasına və bu istiqamətdə atılan addımlara gəlincə, bu, təbii ki, hər bir sağlam düşüncəli insanda narahatlıq yaradır”.

Paşinyan qeyd edib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin dövlətlərarası xarakter daşıması çox vacibdir:

“Diplomatik münasibətlərimiz olmasa da, imzaladığımız sənədlərə istinad etmək məcburiyyətindəyəm. Mən artıq dedim ki, biz Azərbaycanla gücdən istifadə etməmək və güc tətbiq etməklə hədələməmək haqda sənəd imzalamışıq. Əgər Azərbaycan imzaladığı sənədlərə hörmət etmirsə və ya hörmət etməməlidirsə, o zaman Azərbaycan istənilən ölkəyə hücum edə bilər, niyə təkcə Ermənistan? Azərbaycanın ətrafına baxın: əgər o, beynəlxalq öhdəliklərini yerinə yetirməsə, o zaman hər hansı qonşu dövlətə hücum edə bilər, əgər belədirsə”.

Jurnalistin “Beynəlxalq zəmanətlər alarsa, Əliyevin bu öhdəlikləri yerinə yetirəcəyinə inanırmı” sualına Paşinyan belə cavab verib:

“Mən Allaha inanıram. Hesab edirəm ki, özünə hörmət edən hər bir dövlət öz öhdəliklərini yerinə yetirməlidir”. axar.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar