Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan harada yerləşib? – X əsr xəritəsi

Tarix: 03-06-2017 09:48     Baxış: 2587 A- / A+
Ermənistan harada yerləşib?


Orta əsr mənbələri Azərbaycan tarixi haqqında unikal faktlar ortaya çıxarır. Bu mənbələrdə Azərbaycanın əhatə etdiyi ərazilər, ölkə ərazisindəki şəhərlər, burda yaşayan əhali və onların mədəniyyəti haqda dəyərli məlumatlara rast gəlmək olur.

Manevr.az xəbər verir ki, bu haqda “Vestnik Kavkaza” nəşrinə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva danışıb.

Onun sözlərinə görə, “Azərbaycan” adı toponim kimi ərəb mənbələrində ilk dəfə X əsrdə istifadə olunub.

Daha dəqiq desək, Azərbaycan adı Atropatenadan "Atobadeqan", daha sonra isə Xarəzminin "Kitab meatx əl yulum" əsərində artıq yeni forma alaraq Adarbadekan adlanır. Əl Həmədani Azərbaycanı "Adarbayqan", Əl Bəkri "Adraabiiqan", Əl Bağdadi isə "Adrbayqan" adlandırır.

Nəhayət, X əsrin mütəfəkkiri İbn Kütayba əd-Dinavari "Azrabiycan" toponimindən istifadə edir.

“8-ci əsr ərəb müəlliflərindən İbn-Hişam Xəlifə Müaviyə ibn Abu Sufyanla Qafqaz ordusunun komandanı Übeydə ibn Şarii arasındakı dialoqu qeyd edib. Xəlifə soruşur: “Azərbaycanda kimlər yaşayır?” Komandan cavab verir: “Bura türk yurdudur. Onlar bir-birinə qarışıblar və çox tərəqqi ediblər”, - direktor bildirib.

IX əsrin xəritələrindən başlayaraq, Əl Xarəzmi, Əl İstəxri, İbn Havqəl, Əl Məsudi və digərləri Xəzəryanı ölkələr, Xəzərə tökülən çaylar, neft quyuları və buna bənzər digər məlumatları tərtib etdikləri xəritələrdə əks etdirirdilər. Ərəb tarixçilərinin hamısı öz tərtib etdikləri xəritələrdə Xəzər dənizini qapalı hovuz kimi göstərib.

Əl İstəxri öz xəritəsində Qafqaz şəhərlərinin və toponim olaraq Azərbaycanın adını çəkib. Orda Bakı, Qəbələ, Gəncə, Təbriz Səlmas, Urmiya haqda sənədlərə və materiallara rast gəlmək olar.

“Xüsusilə X əsr farsdilli tarixçilərin xəritələrində Ermənistan ölkəsinin hazırkı İranın cənub qərbində yerləşdiyi aydın şəkildə təsvir olunub”, - G.Baxşəliyeva qeyd edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar