Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Avropanın bu ölkəsində o qədər araq içirlər ki...

Tarix: 08-02-2024 14:37     Baxış: 3195 A- / A+
Avropada alkoqol istehlakı durmadan azalır, lakin bəzi ölkələr daha çox içməyə başlayır.
Manevr.az xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD), Avropa İttifaqının Eurostat statistik xidmətinin və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) araşdırma məlumatlarına əsaslanaraq “Euronews” telekanalı məlumat yayıb.
Avropa İttifaqının ən çox içki içən ölkələri siyahısına keçmiş sovet respublikalarından biri - Latviya başçılıq edir. 2020-ci ildə 15 yaşdan yuxarı hər bir ölkə vətəndaşına 12,1 litr təmiz spirt düşür. Eyni zamanda, Latviya 2010-cu ildən alkoqol istehlakının artdığı azsaylı ölkələrdən biridir: o zaman bu rəqəm 15 yaş və yuxarı adama 9,8 litr olub. Bolqarıstan, Malta, Rumıniya, Polşa, Norveç, İtaliya və İslandiyada da çox içki içən ölkələr siyasında ilk pillələrdədir.
Üçüncü yeri 15 yaş və yuxarı vətəndaşa 11,4 litrlə Litva tutub. Maraqlıdır ki, 2010-cu ildə ölkə adambaşına 13,5 litrlə reytinqdə birinci olub. Estoniya adambaşına müvafiq olaraq 11,4 və 10,5 litr rəqəmlərlə oxşar dinamika nümayiş etdirir.
İrlandiya, Yunanıstan, İspaniya, Niderland, Fransa, Kipr, Finlandiya, Serbiya, Belçika, Xorvatiya, Danimarka, İsveçrə, Almaniya, Portuqaliya, Lüksemburq və Avstriya sakinləri isə daha az spirtli içki qəbul etməyə başlayıblar.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, 15 yaş və yuxarı bir Aİ sakini üçün ümumi spirt istehlakı son 40 ildə 2,9 litr azalaraq 1980-ci ildəki 12,7 litrdən 2020-ci ildə 9,8 litrə düşüb. Təkcə 2010-cu ildən 2020-ci ilə qədər Avropa İttifaqının bir sakininə düşən spirt istehlakının səviyyəsi yarım litr azalıb.
Oxşar tendensiya ÜST-yə 53 ölkənin, o cümlədən Rusiya və qonşu dövlətlərin daxil olduğu Avropa regionunda da müşahidə olunur. 15 yaşdan yuxarı adambaşına düşən spirt istehlakı 2000-ci ildəki 12 litrdən 2020-ci ilə qədər 9,5 litrə düşüb. Bununla belə, bu, hələ də dünyanın digər regionları arasında ən yüksək göstəricidir.
2019-cu ildə Rumıniya, Danimarka, Lüksemburq, Almaniya və Belçikada kişilərin üçdə birindən çoxu içki içdiyini bildirib. Rumıniyada bu rəqəm rekord 55,2 faizdir. Tədqiqatçıların fikrincə, qadınlar bu cür davranışa daha az meyllidirlər, lakin Danimarka, Lüksemburq və Almaniyada qadın əhalinin 20 faizindən çoxunun içki içməyə meylli olduğu ortaya çıxıb.
2023-cü ilin sonunda Rusiya hökuməti 2030-cu ilə qədər alkoqol istehlakının azaldılması Konsepsiyası təsdiq edib. Sənəddə deyilir ki, adambaşına istehlak edilən etanolun həcmi 2023-cü ildəki 8,9 litr etanoldan 7 il sonra 7,8 litrə enməlidir.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar