Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Zelenski: "Müharibə dalana dirənib"

Tarix: 05-02-2024 10:23     Baxış: 494 A- / A+



Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin dalana dirəndiyini bildirib.
Manevr.az report-a istinadən xəbər verir ki, V.Zelenski bu barədə İtaliyanın "Rai1" telekanalına müsahibəsində deyib.
O, bunu tədarüklərin gecikməsi ilə izah edib: "Biz dünyanın ən böyük ordularından birinə qarşı mübarizə aparırıq. Kifayət qədər silah-sursat yoxdur. Müasir texniki vasitələrə ehtiyacımız var".
Eyni zamanda, V.Zelenski söyləyib ki, Ukraynanın dəniz əməliyyatları sayəsində Rusiya bir çox gəmisini itirib.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna ötən ilin iyunundan əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir. ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu bildirib. Ukrayna Prezident Ofisinin müşaviri yanvarın 27-də deyib ki, Rusiya artıq genişmiqyaslı hücumlar təşkil etmək iqtidarında deyil.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar