Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bezos 50 milyon "Amazon" səhmini satacaq

Tarix: 03-02-2024 20:33     Baxış: 3156 A- / A+

"Amazon"un qurucusu Ceff Bezos 31 yanvar 2025-ci ilə qədər e-ticarət nəhənginin 50 milyona qədər səhmini satacaq. 

Manevr.az
qaynarinfo-ya istinadən xəbər verir ki, "Reuters" bu barədə şirkətin hesabatına istinadən yazıb.

"Plan 2023-cü ilin noyabrında razılaşdırılıb", deyə "Amazon"un mətbuat şərhində bildirib. Bir qiymətli kağız üçün hazırda 171,8 dollar tələb olunduğunu nəzərə alsaq, ümumi satış qiymətinin 8,6 milyard dollar olacağı deyilir.

"Amazon" səhmləri son maliyyə hesabatına əsasən, 7,87% artaraq 171,81 dollara çatıb. Oktyabr-dekabr aylarında şirkətin xalis mənfəəti 2022-ci ilin eyni dövründəki 278 milyon dollara qarşı 10,6 milyard dollar təşkil edib. İl ərzində əməliyyat mənfəəti 5 dəfə artaraq 13,2 milyard dollara çatıb. Analitiklər bu il 10,4 milyard dollar proqnozlaşdırıblar.

Güclü performansına baxmayaraq, ilin sonunda "Amazon" dünyanın ən qiymətli brendləri siyahısında birinci yerdən dördüncü yerə düşüb. "Apple" 2023-cü ildə liderliyi ələ keçirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar