Xəbər lenti
Gürcüstanda siyasi böhran: olası yeni baş nazir haqda DETALLAR

Gürcüstan mediası xəbər verir ki, artıq yeni namizədlər barədə ehtimallar səslənməyə başlayıb. Gürcüstan parlamentinin vitse-spikeri, hakim partiyanın Siyasi Şurasının üzvü Arçil Talakvadze “İmedi” televiziya kanalının efirində bu barədə danışıb. O qeyd edib ki, Gürcüstanın yeni baş naziri vəzifəsinə “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının sədri, parlament çoxluğunun lideri İrakli Kobaxidzenin namizədliyinə baxılır. Talakvazde bildirib ki, İrakli Qaribaşvili hakim "Gürcü Arzusu" partiyasının sədri kimi fəaliyyətini davam etdirəcək.
Vitse-spiker görülən işlərə və ölkənin əldə etdiyi tərəqqiyə görə sabiq hökumət başçısına təşəkkür edib. O əlavə edib:
"Baş nazirin ardınca bütün Gürcüstan hökuməti istefa verməlidir".
Qaribaşvili iki dəfə baş nazir olub: 2021-ci ildən 2024-cü ilə qədər və 2013-cü ildən 2015-ci ilə qədər. O, 2012-ci ildən ölkəyə rəhbərlik edən “Gürcü Arzusu” partiyasının yaradılması zamanı milyarder Bidzina İvanişvilinin sağ əli olub.
Əvvəlcə Qaribaşvili Daxili İşlər Nazirliyinə rəhbərlik edib, sonra 2013-cü ildə İvanişvilinin özünü baş nazir kimi əvəzləyib və 2015-ci ilin sonuna qədər bu vəzifədə qalıb. Qaribaşvili o zaman Gürcüstan tarixində ən gənc baş nazir oldu (31 yaş). Hazırda onun 41 yaşı var.
Kobaxidzeyə gəlincə, onun 46 yaşı var. 2021-ci ilin yanvarından “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədridir. Bundan əvvəl o, hakim komandanın məsul katibi olub.
2016-2019-cu illərdə Gürcüstan parlamentinin sədri olub və Tbilisidə Pravoslav Parlamentlərarası Assambleyasının iclası ilə bağlı qalmaqaldan sonra bu vəzifəni tərk edib. 2020-ci ildə hakim partiyanın seçki qərargahının rəhbəri olub və onu qələbəyə aparıb.
Kobaxidze ixtisasca hüquqşünasdır. “Gürcü Arzusu”na qoşulmazdan əvvəl o, BMT-nin İnkişaf Proqramının dəstəyi ilə həyata keçirilən yerli özünüidarəetmə islahatları üzrə layihə meneceri vəzifəsində çalışıb.
O, Tbilisi Dövlət Universitetinin Hüquq fakültəsinin Keyfiyyətin təminatı şöbəsinin müdiri vəzifəsini icra edib, "Açıq Cəmiyyət-Gürcüstan" Fondunun İnsan Hüquqları və Qanunun Aliliyi Proqramının Ekspert Komitəsinin üzvü, Avropa Şurasının Gürcüstandakı ofisində strateji planlaşdırma üzrə ekspert olub. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar