Xəbər lenti
Özbəkistan üçün qorxulu gələcək: Kərimov ölür, ölkə...
“Kərimov hakimiyyətində bütün səlahiyyətlər prezidentin əlində cəmləşib. Əgər lider bacarıqlıdırsa, belə sistem işləyir. Amma xəstəlik kimi fors-major situasiyalarda ölkədə və onun hüdudlarından xaricdə hakimiyyətin yenidən planlaşdırılmasına cəhdlər meydana çıxır. Özbəkistan üçün belə ssenari istisna edilməyib”.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Əjdər Kurtov Özbəkistan prezidenti İslam Kərimovun xəstəxanaya düşməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, özbək hakimiyyətində Kərimovun böyük xidmətləri haqda mifologiya yaradılıb: “Bu mifologiya onun varisi haqda olmayacaq”.
Ekspert qeyd edib ki, Özbəkistanda qərbyönümlü və radikal islamdan ibarət siyasi müxalifət var: “Həmçinin, regional klanlar da bir-birinə qarşı müxalifətdədir. İndiki iqtisadi situasiyada dövlətdə “yanar material” mövcuddur. Təsadüfi deyil ki, əksər özbək Rusiyada əmək miqrantı olaraq çalışır”.
Ə. Kurtov qeyd edib ki, əgər Özbəkistanda siyasi klanlar bir-biri ilə razılaşaraq, hakimiyyəti sülh yolu ilə ötürməyəcəksə, o zaman ölkədə ciddi xaos yaşana bilər: “Lakin bu ağlasığımaz görünür. Qonşu Türkmənistan təcrübəsi var. Hansı ki, hakimiyyətin ən pis vaxtında qarışıqlığa imkan vermədilər, siyasi həyat nəzarət altına alındı. Özbəkistandakı siyasi klanlar da anlayırlar ki, xaos onların hər şeyini itirməsinə səbəb ola bilər. Bununla yanaşı, siyasi klanlar daha çox hakimiyyətə yiyələnmək istəyirlər. Həm də anlayırlar ki, böyük risk edirlər”.
Rusiyalı politoloq bildirib ki, Özbəkistanda iğtişaşlar yaranmasında maraqlı olanlar var: “Lakin belə halların qarşısının alınması üçün sərt mexanizmlər də mövcuddur. Vaxtilə Əndincanda etiraz edən kütlə güllələndi”.
Ə. Kurtov bildirib ki, İslam Kərimovun varisi Rusiya ilə əməkdaşlığı saxlayacaq.
“Doğrudur, Özbəkistanda həmişə Rusiyaya qarşı anti-təbliğat aparılıb. Bundan sonra hakimiyyətə gələcək olan şəxsin də Moskva ilə ciddi yaxınlaşmasını gözləmirəm. Lakin kəskin pisləşmə də olmayacaq. Güman ki, hakimiyyətə gələcək şəxs Kərimovun siyasi xəttini davam etdirəcək”, - deyə politoloq vurğulayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar