Xəbər lenti
Marsda “Ingenuity” artıq uça bilməyəcək - O, öz missiyası ilə tarix yazdı...

ABŞ Aerokosmik Agentliyinin (NASA) Marsda başqa planetdə uçan ilk təyyarə kimi tarixə düşən mini helikopteri “Ingenuity” bir daha uça bilməyəcək.
Manevr.az-ın xarici mediaya istinadən xəbərinə görə, NASA-dan verilən açıqlamada yanvarın 18-də son uçuşunu həyata keçirən helikopterin pərvanələrindən birinin qırılması nəticəsində yararsız hala düşdüyü bildirilib. Helikopter təcili eniş etdikdən sonra NASA-nın təməlqoyma missiyası başa çatıb.
Qeyd edək ki, İngenuity NASA-nın Perseverance roveri ilə 18 fevral 2021-ci ildə Marsa endi. Aprelin 19-da ilk uçuşunu edən İngenuity, təxminən 3 metr qalxaraq 39 saniyə havada qaldı. Mühəndislər mini helikopterin 30 günlük missiya çərçivəsində Marsda 5 uçuş etməsini planlaşdırıblar. Bununla belə, helikopter gözləntiləri üstələyib, ümumilikdə 72 uçuş həyata keçirib. Marsda nəzərdə tutulduğundan 14 dəfə uzağa uçan 1,8 kiloqram çəkisi olan İngenuity 2 saat 8 dəqiqə uçaraq, ümumilikdə 17 kilometr məsafə qət edib.
Mini helikopterin həyata keçirdiyi uçuşların gələcəkdə Mars və digər planetlərdə də analoji tədqiqatlara səbəb olacağı gözlənilir.
Nigar
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar