Xəbər lenti
Facebook istifadəçiləri 93 yaşlı gəlinə toy paltarı seçir

Avstraliyanın paytaxtı Kanberrada yaşayan 93 yaşlı Silviya Martin 88 yaşlı Frenk Reymonda ərə getməyə hazırlaşır.
Manevr.az xarici KİV-ə istinadən xəbər verir ki, Frenk 20 il Silviya ilə evlənmək istəsə də, qadın yox cavabı verib. Bu illər ərzində Silviya dünyasını dəyişən ərinə sadiq qalacağını bildirib.
Bu il isə Frenk nəhayət ki, gözlədiyi cavabı eşidib. Cütlük toya hazırlaşır.
Toya az bir vaxt qalsa da, 93 yaşlı Silviya hələ də özünə gəlinlik paltarı seçə bilməyib. Bu səbəbdən 4 bordo rəngli paltar geyinərək, fotolarını sosial şəbəkədə paylaşaraq, istifadəçilərdən seçim üçün ona kömək etməsini xahiş edib.
Paylaşılan fotolar Facebook-da sürətlə yayılmağa başlayıb. Sorğu nəticəsində Silviya C bəndindəki paltarı seçib. Bu paltar ona 349 dollara başa gəlib.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar