Xəbər lenti
Bölgədə əllər tətikdə - “Qərar verilib, savaş hər an başlaya bilər”

Bu barədə “Əl-Cəzirə” yazır.
Analitiklərin fikrincə, Cənubi Koreya ilə sülh yolu ilə birləşmənin artıq mümkün olmadığını elan etmək müharibə üçün mühüm addımdır. Bu həmlə Şimal və Cənubun birləşməsini müdafiə edən onilliklər boyu davam edən siyasətdə görünməmiş fasilə kimi qiymətləndirilir.
Keçən həftə parlamentindəki çıxışında Kim Çen In Cənubi Koreyanı “əsas düşmən və dəyişməz əzəli düşmən” kimi təyin edilməsi üçün konstitusiyaya düzəliş edilməli olduğunu və iki ölkə arasında barışığı təşviq etmək vəzifəsi daşıyan üç qurumun bağlanacağını açıqlayıb.
Kim bir neçə həftə əvvəl Koreya Fəhlə Partiyasının iclasında demişdi ki, sülh yolu ilə birləşmə mümkün deyil, çünki qonşular iki düşmən ölkəyə çevriliblər və hər an müharibə başlaya bilər.
Kimin birləşmə ilə bağlı çıxışından əvvəl ABŞ-nin “38 North” saytında dərc olunan analizdə yarımadadakı durumun 1950-53-cü illərdəki Koreya Müharibəsindən bəri ən təhlükəli nöqtəyə çatması barədə xəbərdarlıq edilib. Onlar Kimin müharibəyə getmək üçün strateji qərar verdiyini deyirlər.
“Kimin tətiyi nə vaxt və necə çəkməyi planlaşdırdığını bilmirik, amma təhlükə artıq Pxenyanın Vaşinqton, Seul və Tokiodakı “təxribatlar”la bağlı adi xəbərdarlıqlardan çox uzaqdır”, - analizdə bildirilir. teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar