Xəbər lenti
Rusiyadan Fələstinlə bağlı BƏYANAT

Manevr.az xarici mediaya istinadən xəbər verir ki, Lavrov BMT Təhlükəsizlik Şurasının ABŞ-ın Nyu-York şəhərində təşkil etdiyi Fələstin toplantısında çıxış edib.
ABŞ-ın Yaxın Şərqlə bağlı siyasətini dəyərləndirən Lavrov qeyd edib ki, bu siyasətə görə BMT Təhlükəsizlik Şurasında lazımi qərarlar alına bilməz.
Lavrov, "ABŞ işğal etdiyi torpaqlarda qan tökülməsini dayandırmaq üçün bütün cəhd və təşəbbüslərin qarşısını alır. Amerika diplomatiyasının bacarıqlılığı da təəccüb doğurur. ABŞ ya atəşkəs qərarlarına veto qoyur, ya da Qəzzada qarşıdurmaların intensivliyini azaltmağa çağırır. Bu, fələstinlilərə qarşı kollektiv cəzanın davam etdirilməsinə imkan verir" bildirib.
"Fələstində atəşkəsin təmin edilməsi və Fələstin xalqının ağrılarının yüngülləşdirilməsi üçün təcili olaraq lazımi tədbirlər görülməlidir. Eyni şəkildə Yaxın Şərqin digər bölgələrində də vəziyyətin sabitliyinin pozulmasının qarşısını almaq üçün addımlar atılmalıdır" Lavrov deyib.
Fələstinliləri zorla köçürmək üçün ideyaların irəli sürüldüyünə diqqət çəkən Lavrov bildirib ki, bu fikirlərin "iyrənc" və "narahatedici" olduğunu ifadə edərək, "Belə bir ssenari qəbuledilməzdir və heç bir şəkildə həyata keçirilməməlidir. Bundan əlavə, zorakılıq daha da yayıldı. İsrail ordusu və İordan çayının qərb sahilindəki yəhudi mühacirlər tərəfindən və Qüdsün müqəddəs yerlərinin status-kvonuna zərbə vurmaq cəhdləri dərhal dayandırılmalıdır”.
Sevda
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar