Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ekvadorda əməliyyat: Xəstəxananı ələ keçirməyə çalışan 70-ə yaxın adam çılpaq halda həbs edildi - Şəkillər

Tarix: 23-01-2024 08:29     Baxış: 3301 A- / A+
Ekvadorda narkotik ticarətçilərinin quldur dəstələri və təhlükəsizlik qüvvələri arasında davam edən toqquşmaların qızğın vaxtında ölkə polisi cinayətkarlara qarşı əməliyyat keçirib.

Əməliyyat zamanı ölkənin cənub-qərbində, Quayas əyalətinin Yaquaçi şəhərində yerləşən xəstəxananı ələ keçirməyə cəhd edən 68 nəfər çılpaq halda həbs edilib.
Bu barədə Ekvador polisi özünün “X” hesabında paylaşım edib.

“Biz Quayas əyalətinin Yaquaçi şəhərindəki xəstəxana binasını ələ keçirməyə cəhd edən şübhəli terrorçuları zərərsizləşdirdik”, - deyə paylaşımda bildirilib.

Qurumdan verilən məlumata görə, ehtimal edilir ki, saxlanılanlar bir neçə saat əvvəl xəsarət alaraq xəstəxanaya yerləşdirilən “həmkarlarını” xilas etməyə çalışıblar.

Saxlanılan şəxslərin üzərindən odlu silah və narkotik vasitələr aşkar edilərək müsadirə olunub.

Polis, həmçinin dəstənin komandanlıq məntəqəsi və əxlaqsızlıq yuvasının yerləşdiyi, eyni zamanda bir neçə dəstə üzvünün gizləndiyi “reabilitasiya mərkəzinə” də basqın keçirdiklərini qeyd edib. oxu.az

Manevr.az 





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar