Rusiyada prezidentliyə namizəd Leninin saxlandığı movzoleydən götürülərək anasının yanında dəfn edilməsi təklifi ilə çıxışı ölkədə ciddi siyasi qalmaqala səbəb olub.
LDPR lideri, Rusiyada prezidentliyə namizəd Leonid Slutski bildirib ki, artıq Vladimir Leninin vəsiyyətini yerinə yetirməyin və onu anasının yanında dəfn etməyin vaxtı çatıb.
Xəbər lenti
Leninlə bağlı təklif Rusiyada aləmi bir-birinə qatdı
Manevr.az ölkə.az-a istinadən xəbər verir ki, Dövlət Dumasının deputatı Sletski bu barədə öz Teleqram kanalında yazıb. O qeyd edib ki, mərhumun dəfn mərasimi xristianlar və sivil insanlar üçün mühüm ayin, hörmət və xatirənin təzahürüdür.
Onun bu açıqlaması ciddi qalmaqla səbəb olub. Rusiyalı kommunistlər bu fikrin kəskin əleyhinə çıxıblar. Onlar hətta LDPR liderinin deputat mandatından məhrum edilməsini tələb ediblər.
Rusiya Kommunistlər Partiyası Mərkəzi Komitəsinin sədri Sergey Malinkoviç LDPR Partiyasının lideri Leonid Slutskinin deputat mandatından məhrum edilməsini tələb edərək Dövlət Dumasına müraciət edəcəyini açıqlayıb.
O əlavə edib ki, bu, ictimaiyyətin böyük qəzəbinə səbəb olub.
Qeyd edək ki, illər əvvəl həmin Liberal-Demokrat Partiyasının ovaxtkı lideri Vladimir Jirinovski Leninin cəsədini 1 milyard dollara satmağı təklif edib.
Xatırladaq ki, yanvarın 21-də Leninin ölümündən 100 il ötür. Rusiyada onilliklərdir ki, Leninin movzoleydəki cəsədi ilə bağlı müzakirələr davam edir.
Onu da əlavə edək ki, Rusiyada aparılan rəy sorğusuna görə, rusiyalıların 57%-i Leninin cəsədinin basdırılmasını vacib hesab edir.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar