Xəbər lenti
İnterpoldan XƏBƏRDARLIQ - Süni intellekt cinayətlərin araşdırılmasını çətinləşdirir
Beynəlxalq Polis Təşkilatı (İnterpol) xəbərdarlıq edib ki, süni intellektə malik rəqəmsal dünyaların sayının artması virtual aləmdə törədilən cinayətlərin araşdırılmasını çətinləşdirir.
Manevr.az xarici KİV-ə istinadən xəbər verir ki, İnterpol Davosda keçirilən Dünya İqtisadi Forumunun (WEF) illik sammitində hüquq-mühafizə orqanlarının nöqteyi-nəzərindən metaversenin əsas çağırışları, təhdidləri və zərərlərinin hərtərəfli təhlilini təqdim edən hesabatını dərc edib.
Hesabatda rəqəmsal dünyaların artan yayılmasının müstəntiqlər üçün böyük problem yaratdığı, virtual dünyaların birdən çox ölkənin məhkəmə orqanlarının yurisdiksiyasına düşə biləcəyi, müvafiq sistem və cihazların mürəkkəb və uyğunsuz olduğu bildirilib.
İnterpolun hesabatında rəqəmsal dünyaların hüquq-mühafizə orqanları üçün simulyasiyalar və virtual cinayət yeri təhlükəsizliyindən tutmuş virtual təlimə qədər müxtəlif imkanlar təklif etdiyi qeyd edilib və hüquq-mühafizə orqanlarının və ədliyyə sisteminin virtual dünyanı və onunla əlaqəli texnologiyanı anlaması lazım olduğu vurğulanıb.
“Bu, virtual mühitin təhlükəsizliyini təmin etmək və orada fərdin hüquqlarını qorumaq üçün lazımdır”, - deyə hesabatda bildirilir. Vurğulanıb ki, bu inkişaf edən kriminal mühitə effektiv cavab tapmaq üçün beynəlxalq əməkdaşlıq mühüm olaraq qalır.
İnterpolun baş katibi Yurgen Stok mövzu ilə bağlı qiymətləndirməsində, "Metaverse kimi güclü texnologiyaların ortaya çıxması cinayət mühitini getdikcə daha mürəkkəb və transmilli edir və hüquq-mühafizə orqanlarını yeni çağırışlarla qarşı-qarşıya qoyur. Metaverse və süni intellekt cinayət fəaliyyətləri üçün yeni çağırışlardır ki, dünya buna tam hazır deyil" deyə bildirib.
Nigar
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar