Xəbər lenti
Rəsmi Moskva:“Qarabağın statusu məsələsini şəxsən Paşinyan bağlayıb”
“Dağlıq Qarabağın statusu məsələsini şəxsən Ermənistanın Baş naziri Nikol Paşinyan bağlayıb”.
Manevr.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O qeyd edib ki, üçtərəfli sazişlər imzalandıqdan və onların icrasına başlandıqdan sonra Aİ və ABŞ prosesə fəal şəkildə müdaxilə etməyə başlayıb:
“Ermənistan, Azərbaycan və Rusiya Federasiyası arasında üçtərəfli razılaşmanın əldə olunmasında Makron deyil, Putin mühüm rol oynadı. Bu razılaşmalar həyata keçirilməyə başlayandan sonra marşrutların blokdan çıxarılması və delimitasiya mexanizmləri yaradıldı, o zaman avropalılar və amerikalılar bu prosesdə fəal iştirak etməyə başladı”.
Lavrovun sözlərinə görə, 2020-ci ilin noyabrında və ondan sonra imzalanan sənədlərdə Qarabağ ərazisi Rusiyanın sülhməramlı kontingentinin nəzarət zonası kimi göstərilib və üç ölkənin liderləri arasında status məsələsi ilə bağlı danışıqların aparılması barədə anlaşma vardı.
"2022-ci ilin payızında Makron Praqada Avropa siyasi icmasının konfransını keçirəndə bizim təəccübümüzü təsəvvür edin və iclasda onlar sənədi təsdiqlədilər.
Azərbaycan və Ermənistanın Almatı Bəyannaməsinə tam uyğun olaraq bir-birinin ərazi bütövlüyünü tanıdığını bildirdi. Bu, Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində muxtar vilayət kimi tanınması demək idi. Biz belə bir bəyanatın hazırlandığını bilmirdik və bunu eşidəndə Bakıdan deyildiyi kimi Qarabağın statusu məsələsi bağlandığı nəticəsinə gəldik. Bu məsələ şəxsən Ermənistanın Baş naziri tərəfindən bağlanıb”.cebhe.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar