Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Maldiv Hindistandan hərbçilərini martın 15-dək adalardan çıxarmasını istədi

Tarix: 14-01-2024 20:29     Baxış: 4301 A- / A+

Maldiv Respublikası Hindistandan ordusunu martın 15-dək adalardan çıxarmağı xahiş edib.
Manevr.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Maldiv Prezidentinin Administrasiyasının ictimai-siyasət məsələləri üzrə köməkçisi Abdulla Nazim İbrahimə istinadla "Sun Online" qəzeti məlumat yayıb.
"Hindistanlı hərbçilər Maldiv adalarında qala bilməz. Bu, Prezident Mohamed Muizzunun və indiki administrasiyanın siyasətidir", - deyə A.İbrahim deyib. Onun sözlərinə görə, respublika rəhbəri Hindistandan rəsmi olaraq martın 15-dək ordunu geri çəkməyi istəyib.
A.İbrahim xatırladıb ki, iki ölkə qoşunların çıxarılması ilə bağlı danışıqlar aparmaq üçün yüksək səviyyəli qrup yaradıblar. Bu qrupun ilk iclası bazar günü keçirilib. Orada Hindistan ordusunun çıxarılmasının vaxtı ilə bağlı məsələ müzakirə olunub.
Nəşrin məlumatına görə, Maldiv adalarında 88 hindistanlı hərbçi var.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar