Xəbər lenti
Keniyada 400 nəfəri öldürən dini lider azadlığa buraxıla bilər

Manevr.az xarici mediaya istindən xəbər verir ki, Keniya Baş Prokurorluğu hələ də aylardır həbsdə olan Paul Mackenzie-yə ölümlərlə bağlı ittiham irəli sürməyib.
Məhkəmə Mackenzie və onun 29 şərikinə qarşı ittiham irəli sürmək üçün prokurorluğun 14 gün vaxtının olduğunu xatırladıb və heç bir ittiham irəli sürülməyəcəyi təqdirdə həbs müddətinin yenidən uzadılmayacağı barədə xəbərdarlıq edib.
Prokurorluq 14 gün ərzində ittiham irəli sürməsə, kilsənin ətrafında cəsədləri tapılan yüzlərlə insana baxmayaraq, Mackenzie və onun tərəfdaşları sərbəst buraxılacaq.
Ölkə tarixində ən uzun müddət saxlanılan şəxs kimi qeyd olunan təriqət rəhbərinin terrorda ittiham ediləcəyi daha əvvəl bildirilmişdi.
Qeyd edək ki, Mackenzi 2023-cü ilin aprel ayında kilsəsindəki insanlara İsa üçün dua edib, ac qalaraq onunla görüşəcəklərini vəd edərək bir çox insanın ölümünə səbəb olmuşdur.
Əməliyyatlar zamanı 95 nəfər xilas edilib, kütləvi ölümlərlə bağlı təriqət liderinin həyat yoldaşı Coys Mvikamba da daxil olmaqla bir çox insan həbs edilib.
Təriqət lideri Makkenzi istintaqın əvvəlində polisə 1000 nəfərin meyitini tapacaqlarını bildirib.
Nigar
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar