Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Döyüş mövqeyində güllələnən erməni zabitin şəkli

Tarix: 09-01-2024 20:15     Baxış: 4229 A- / A+

Ermənistan Müdafiə Nazirliyinin Basarkeçərdəki N saylı hərbi hissəsinin döyüş mövqeyində güllələnən zabit Karen Araikoviç Karapetyan Araqatsotn rayonunun Əştərək (Voskevaz) icmasından olub.
Manevr.az musavat.com-a istinadən bildirir ki, keçmiş icma başçısının "Ermənistan xəbərləri"nin müxbiri ilə söhbətində dediyinə görə, 23 yaşlı Karenin kiçik bir qardaşı var.
"Karen yaxşı ailədən çıxıb. Uşaqlıq dostumun oğlu idi. Karen institutu bitirdikdən sonra xidmətə getdi" - deyə o bildirib.
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, yanvarın 9-da saat 06:20 radələrində N saylı hərbi hissənin döyüş mövqeyində müqaviləli əsgər tərəfindən güllələnən Karen Araikoviç Karapetyanın güllə yarası almış meyiti tapılıb. Məlumata görə, zabit yatdığı yerdə güllələnib.
"Hraparak"ın məlumatına görə, yanvarın 9-da səhər saatlarında Vardenis postlarından birində xidmət edən çağırışçı həmin postda xidmət edən zabitə xidməti avtomatdan açdığı atəşlə ölümcül yara vurub.
Bu arada, erməni mediası insidentə görə korpus komandirini günahlandırıb.
"Mənbənin sözlərinə görə, insident korpus komandiri Qaregin Poqosyan evdə yatarkən baş verib. Korpus komandiri tabeliyində olanlarla normal münasibətdə olsa, zabitlər və əsgərlər arasında yaranan mübahisələri həll etməyə çalışsaydı, qətl baş verməzdi" - erməni mediası yazıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar