Manevr.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.
Qeyd edək ki, yanvarın 3-də Kirman şəhərində iki partlayış törədilib. Nəticədə 103 nəfər ölüb, 211 nəfər yaralanıb. İndiyədək ölənlərdən 84 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.
Məlumata görə, partlayışları terrorçu-kamikadzelər törədib. İran Prezidenti İbrahim Rəisi terror aktının qisasının alınacağını bildirib.