Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
20-09-2026
BÜTÜN XƏBƏRLƏR

ABŞ dövlət katibi Türkiyəyə səfər edəcək

Tarix: 05-01-2024 13:16     Baxış: 3269 A- / A+

ABŞ dövlət katibi Antoni Blinkenin Türkiyə və Yunanıstanın da daxil olduğu Yaxın Şərq turu çərçivəsində Qəzzada baş verənləri müzakirə etmək üçün Türkiyəyə gedəcəyi bildirilib.
Manevr.az xəbər verir ki, diplomatik mənbələrdən əldə edilən məlumata görə, Blinken bu axşam İstanbula gedəcək.
Blinkenin Türkiyədəki təmasları çərçivəsində xarici işlər naziri Hakan Fidan ilə görüşü və prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcəyi gözlənilir.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında Blinkenin həftə ərzində həmkarları ilə bir sıra kritik mövzuları müzakirə etmək üçün Türkiyə, Yunanıstan, İordaniya, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, İsrail, İordan çayının qərb sahili və Misirə səfər edəcəyini bildirib.
Miller Blinkenin digər ölkələrin xarici işlər nazirləri ilə "İsrailin 7 oktyabrdan sonra HƏMAS-a qarşı davam edən hərbi əməliyyatı, Qəzzəyə humanitar yardımların artırılması üçün təcili tədbirlər və qalan girovların azad edilməsi" kimi mövzularda fikir mübadiləsi aparacağını bildirib.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar