Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

İlin ilk meteor yağışı bu tarixdə baş verəcək

Tarix: 03-01-2024 13:14     Baxış: 3236 A- / A+

Çoban bürcündən gələn Quadrantid meteor yağışı 4 yanvar 2024-cü ildə pik həddinə çatacaq.
Manevr.az bu barədə trthaber-ə istinadən xəbər verir.
Məlumata görə, Quadrantid meteor yağışında saatda 120 "axan ulduz"un görünəcəyi və ulduz yağışının 3 gecə davam edəcəyi gözlənilir.
Şimal yarımkürəsində izləniləcək meteor yağışı şimal-şərqdən gələcək və saat 23.00-dan səhərə qədər izlənilə bilər.
Quadrantiddə saatda atmosferdən təxminən 110-120 meteor keçir. Bu, hər il səmanı bəzəyən ən intensiv meteor yağışlarından biridir. Kvadrantid sona çatmazdan əvvəl yalnız altı saat ərzində zirvəsinə çatır. Növbəti müşahidə 12 ay sonra edilə bilər. Ən yaxşı şəkildə Şimal yarımkürəsində, parlaq nöqtədə müşahidə olunur. Kvadrantidlər (göydə meteorların göründüyü yer) "Böyük Ayı"nın bir az altında, Boötes və Drako bürcləri arasında yerləşir. O, Yer Günəş sistemi ilə hərəkət edən qaya parçasının tərk etdiyi dağıntıların arasından keçərkən baş verir. Bu qaya parçalarından əksəri kometlərdir, lakin bəzi meteor yağışları asteroidlər tərəfindən əmələ gəlir. Ümumiyyətlə, ulduzlar kimi tanınır. Meteor leysanları olaraq da bilinən meteor yağışlarını izləmək üçün nə teleskop, nə də başqa müşahidə alətinə ehtiyac yoxdur. Kvadrantid meteor yağışları Türkiyədən havanın açıq olduğu bölgələrdə da izlənilə bilər.

Sevinc
Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar