Birləşmiş Ərəb Əmirliklərinin Ras əl-Xaymə əmirliyindəki Yeni il atəşfəşanlığı suda ən uzun atəşfəşanlıq xətti və səmada ən uzun atəşfəşanlıq xəttinə görə eyni anda iki kateqoriya üzrə "Ginnesin rekordlar kitabı"na daxil edilib.Manevr.az axar.az-a istinadən bildirir ki, bu barədə Rəs əl-Xəymə şəhərinin Turizmin İnkişafı Departamenti məlumat yayıb.
Şou Əl-Mərcan süni arxipelaqı ilə Əl-Hamra ərazisi arasındakı 4,5 km uzunluğunda sahil zolağında baş tutub. Su üzərində quraşdırılan atəşfəşanlıqdan əlavə, şouda mindən çox pirotexniki və LED dronları, eləcə də akrobatik manevrlər yerinə yetirən yüngül təyyarələr iştirak edib.
Tədbir zamanı pilotsuz təyyarələr havada əsas komponentləri səhra, Fars körfəzi sahilləri və Həcər dağları olan Ras əl-Xaymənin xarakterik təbii landşaftına istinad edən fiqurlar nümayiş etdirib. Yeni il şousu üçün xüsusi olaraq yazılmış musiqi parçaları ilə pilotsuz təyyarələrin hərəkətləri ahəngdar olub.
8 dəqiqəlik şounu 50 minə yaxın insan izləyib.