Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Səhvən 16 il həbsxanada yatan şəxs rekord məbləğdə təzminat alacaq - ŞƏKİLLƏR

Tarix: 31-12-2023 14:30     Baxış: 4166 A- / A+

ABŞ-də başqasının cinayətinə görə 16 il həbsxanada yatan psixi xəstəlikdən əziyyət çəkən bir şəxs İndiana ştatının tarixində ən böyük təzminat almağa nail olub.
Manevr.az oxu.az-a istinadən bildirir ki, söhbət 2005-ci ildə həbs edilmiş Elkhart şəhərindən olan Endrü Royerdən gedir. Onu 94 yaşlı Helen Seylor adlı qadını öldürməkdə ittiham ediblər. Royer cinayəti etiraf edib və 55 il müddətinə azadlıqdan məhrum edilib.
15 ildən sonra Royerenin vəkilləri onun təzyiq altında etiraf etdiyini sübut edə biliblər. 2021-ci ildə Endrü sərbəst buraxılıb, sonra isə o, şəhər rəhbərliyinə və polisə qarşı iddia qaldırıb. Dekabrda o, Elkhart şəhər administrasiyası və təqaüddə olan müəyyən polis zabitləri ilə barışıq sazişi bağlayıb və 11,7 milyon dollar təzminat alacaq.
Məhkəmə müəyyən edib ki, müstəntiqlər Royerin psixi pozğunluğundan istifadə edərək sübutları saxtalaşdırıb və etmədiyi cinayəti "etiraf etməyə" məcbur ediblər. O, iki gün fasiləsiz dindirilib, bundan sonra o, öz əleyhinə ifadə verməyə başlayıb.
Prokurorluq bir il ərzində bu qərardan apellyasiya şikayəti verməyə çalışsa da, buna nail ola bilməyib. Hazırda Royerin məhkum edilməsində iştirak edən Elkhart dairəsinin bir sıra məmurlarına qarşı məhkəmə prosesləri davam edir.
"İndi ömrümün sonuna qədər kifayət qədər pulum var. Ailəmə bacardığım qədər kömək etməyə çalışacağam", - deyə Endrü məhkəmənin qərarını dinlədikdən sonra bildirib.





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar