Xəbər lenti
Dünya əhalisinin sayı 2024-cü ilin ilk günündə nə qədər olacaq?

Manevr.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Siyahıyaalma Bürosunun açıqladığı məlumatda bildirilir.
Büronun məlumatına görə, 2024-cü ilin əvvəlinə dünyada hər saniyədə 4,3 doğum və 2 ölüm gözlənilir.
İl ərzində ABŞ əhalisinin artım tempi 0,53% təşkil edib ki, bu da dünya sürətinin demək olar ki, yarısıdır. Ümumilikdə ölkə 1,7 milyon nəfər artıb və Yeni ilə qədər ABŞ əhalisinin sayı 335,8 milyon nəfərə çatacaq.
“Mövcud göstəricilər on illiyin qalan hissəsində də davam edərsə, 2020-ci illər ABŞ tarixində əhalinin artımı baxımından ən yavaş dövr ola bilər. Artım 10 il ərzində 4%-dən azdır”, – “Brookings” İnstitutunun eksperti Villiam Frey bildirib.
Əvvəllər ABŞ-da əhalinin ən yavaş artımı 1930-cu illərin Böyük Depressiyasından sonra qeydə alınıb, o zaman artım tempi 7,3% təşkil edib.
“Əlbəttə, nəhayət epidemiya dövründən çıxdığımız zaman artım bir az da sürətlənə bilər. Lakin 7,3%-ə çatmaq hələ də çətin olacaq”, - Frey bildirib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar